Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi üzrə həbsdə olan ictimai fəallardan "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlanıb.
Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun işində zərərçəkmiş kimi tanınan şəxsin keçmiş həyat yoldaşının məhkəmədə dindirilməsini istəyir.
Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının məhkəməsi başlanıb.
"ToplumTV"yə dair cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Fərid İsmayılov saxlandığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükə yarandığını deyir.
Senator Cinn Şehin Azərbaycanda həbsdə haqsız saxlanan, o cümlədən onun ölkəsi ilə əlaqələri olan şəxsləri azad etməyə çağırır.
Azərbaycanın Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq oktyabrın 7-də ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını açıqlayıb.
Sentyabrın 22-dən oktyabrın 3-dək Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) təmsilçiləri Azərbaycana səfər ediblər.
Oktyabrın 2-də Kopenhagendə prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı oktyabrın 1-də öz məhkəməsində necə həbs olunmasından, zərərçəkmiş qismində tanınan şəxslə münasibətlərindən danışıb.
"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, ölkədəki repressiv siyasəti tənqid etdiyinə görə 10 aydır həbsdədir: "İlham Əliyev istədiyinə görə mən buradayam".
Avqustun 26-da Vatslav Havel İnsan Haqları Mükafatının seçim komitəsi 2025-ci il mükafatı üçün qısa siyahıya düşən namizədlərin adlarını açıqlayıb.
Davamı