Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 17:55

'Tramp yolu'nda qəza olarsa, azərbaycanlı sürücüyə kim yardım göstərəcək?


Ermənistanda qatarla yük maşınının toqquşması
Ermənistanda qatarla yük maşınının toqquşması

Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda səs-küylü sammitindən bir aydan çox keçir, amma onun münaqişənin həlli üçün real nəticələri hələ aydın deyil.

Karneqi Fondunun Cənubi Qafqazda təhlükəsizlik və münaqişələr üzrə eksperti Olesya Vartanyan yazır ki, çoxsaylı bəyanatlara baxmayaraq, Vaşinqtonda imzalanan sənədlərin uğuruna şübhələr azalmır. Ağ evdəki mərasim o qədər gözlənilməz oldu ki, hətta iştirakçılar belə onun necə keçəcəyini, ondan sonra hansı addımların atılacağını bilmirdilər.

Müəllif Tramp administrasiyasının vacib rolunu qeyd edir. O, Bayden administrasiyasının da cəhdlər etdiyini, ötən ilin payızında regiona şəxsi məktubu ilə elçisini göndərib ki, danışıqlar 2024-cü ilin sonunacan bitsin. Azərbaycan prezidenti İlham Əliyev isə təşəkkür edib, amma Ermənistanla sənədi imzalamayıb. O, Ağ evdə yüksək səviyyədə qəbul olunmaq istəyirdi.

Məhkəmələrə müraciətlər dayandırılır

Yazıda deyilir ki, tərəflər artıq beynəlxalq məhkəmələrə müraciətləri dayandırırlar. Bu ilin əvvəlində sazişin mətni razılaşdırılandan sonra payızda artıq bu işlər üzrə sənədlərin mübadiləsi dayanıb.

Sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsinə gəlincə, Ermənistanda Avropa İttifaqının (Aİ) missiyası var. "Onu, yəqin ki, ya güclü ixtisar edəcəklər, yaxud da mandatını dəyişəcəklər – Ermənistanda müşahidəçilər Bakını qıcıqlandırmamaq üçün sərhəddən uzaqda yerləşdirilə bilər", – məqalədə deyilir.

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu"na (TRIPP) gəlincə, burada müzakirə olunası məsələ çoxdur. Bakı marşrut boyunca ermənilərlə birbaşa təmasın olmamasını tələb edir. Ermənistan isə yola birbaşa nəzarət etmək istəyir.

"Yolun Ermənistan hissəsində qəza baş verərsə, azərbaycanlı sürücüyə, yəqin ki, erməni həkimlər kömək edəcəklər, təhqiqatı da Ermənistan polisi, məhkəmələri aparacaq. Bütün hallarda erməniləri amerikalılarla əvəzləmək sadəcə mümkün olmayacaq... Söhbət təkcə adamlar arasında kontaktdan deyil, heç vaxt əməkdaşlıq etməmiş iki ölkənin bürokratiyasından gedir", – müəllif yazır.

Pulu kim verəcək

Marşrutun maliyyələşdirilməsi də qeyri-müəyyən qalır. Ermənistan daha öncə Avropa İttifaqının zəmanəti ilə güzəştli kredit imkanını nəzərdən keçirirdi. Aİ ölkənin cənubunda bəzi layihələri maliyyələşdirir. Amma artıq Brüssel danışıqlarda mərkəzi rolunu itirib, Vaşinqton isə Avropa ilə koordinasiya istəmir. Aİ isə Vaşinqton görüşlərindən sonra layihələri dəstəkləməyə hazır olduğunu bildirib. Amma ortada konkret maliyyə öhdəlikləri yoxdur.

Sentyabrın 9-da Ermənistan XİN-in sözçüsü Ani Badalyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, yaxın vaxtlarda Ermənistan ABŞ ilə danışıqlar, o cümlədən TRIPP ilə bağlı müzakirə aparacaq. Onun sözlərinə görə, amerikalı tərəfdaşların Yerevana səfəri və keçirilən müzakirələr haqda məlumat uyğun vaxtda veriləcək.

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni də paraflanıb. İmzalanan bəyannamədə isə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq TRIPP marşrutundan söz açılır. Bu xəttin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

XS
SM
MD
LG