Keçid linkləri

2025, 02 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:16

Əliyev ŞƏT-də 'Zəngəzur dəhlizi'ndən danışıb. Paşinyan da cavab verib


İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən iclasda
İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən iclasda

"Yaxın gələcəkdə "Zəngəzur dəhlizi" həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək". AZƏRTAC xəbər verir ki, bunu prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda söyləyib.

Prezident vurğulayıb ki, "Zəngəzur dəhlizi" Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşu dövlətlərə fayda gətirəcək.

"Azərbaycan prezidentinin istifadə etdiyi leksika Vaşinqtonda razılaşdırdığımız məntiqə sığmır", - bunu isə iclasda İ.Əliyevə yaxın əyləşmiş Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında deyib. O, iki ölkə liderlərinin qəbul etdiyi bəyanatda müəyyən terminologiyanın razılaşdırıldığını, dəqiq və razılaşdırılmış terminologiyadan istifadənin konstruktiv mühitə töhfə verəcəyini vurğulayıb.

Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz" termininə qarşı çıxıb, bu kommunikasiyaya "sülh yolu" deyib.

Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.

İ.Əliyev və R.T.Ərdoğan
İ.Əliyev və R.T.Ərdoğan

Tiencində Ərdoğan Əliyev və Paşinyanla görüşüb

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.

Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan prezidenti avqustun 30-da Çinə işgüzar səfərə gedib. Avqustun 31-dən sentyabrın 1-nə kimi Çinin şimalında, Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Azərbaycan, Ermənistan və Türkiyə bu qurumun üzvü olmasalar da, onunla əməkdaşlıq edirlər.

N.Paşinyan və R.T.Ərdoğan
N.Paşinyan və R.T.Ərdoğan

+++

Ermənistanın baş nazir Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. Bu haqda Ermənistan hökuməti məlumat yayıb.

Bildirilir ki, tərəflər regionda sabitliyin və sülhün bərqərar olunmasına yönəlmiş addımların əhəmiyyətini vurğulayıblar.

Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin yaranması, regional kommunikasiyaların inkişafı məqsədilə konstruktiv yanaşmaların qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.

Bakı 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişinin mətnini paraflayıblar.

XS
SM
MD
LG