Keçid linkləri

2025, 07 Sentyabr, bazar, Bakı vaxtı 08:01

Vaşinqton bəyannaməsi Gürcüstanı təcrid edir? – Qərb mediası


Bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulur.
Bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulur.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvləri arasındakı bir neçə mübahisəli və rəqabətli durumda mərkəzi rol oynayır. Bu isə Çin prezidenti Si Cinpinin ŞƏT-in Qərbin qlobal gündəminə qarşı bir qurum imicini yaratma cəhdlərinə zərbə vurur. "Eurasianet" nəşri yazır ki, mübahisələr ŞƏT-in hazırkı "dialoq platforması" statusundan çıxaraq NATO və Avropa İttifaqına rəqib ola biləcəyi ilə bağlı suallar yaradır.

Bakı 2016-cı ildən ŞƏT-də "dialoq tərəfdaşı" statusuna malikdir. Sentyabrın 1-də Tiencin sammitində Hindistanın Azərbaycanın təşkilata tamhüquqlu üzvlük müraciətini blokladığı bildirilir. Yeni Dehli bu addımını ictimai şəkildə izah etməyib.

Məqalədə deyilir ki, Bakı və Moskva arasında davam edən çəkişmə ŞƏT-in potensial genişlənməsi və inkişafına əlavə çətinliklər yaradır. Belə ki, Bakı iki vacib ticarət şəbəkəsində əsas həlqədir. Biri Çin, Pakistan, İran və Rusiyanı birləşdirən Şimal-Cənub marşrutu, digəri isə ABŞ/Avropa İttifaqının dəstəklədiyi Orta Dəhlizdir. ŞƏT-in imtinası isə Bakını prezident Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş Azərbaycan-Ermənistan sülh razılaşması fonunda ABŞ və Avropa ilə daha güclü əlaqələrə sövq edir.

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Azərbaycan-Ermənistan sülh bəyanatının Gürcüstana təsiri

Yerevanla Bakının Vaşinqtonda imzaladığı bəyanat Gürcüstanda böyük marağa səbəb olub, çünki Qərbin Cənubi Qafqazda iştirakının artdığını göstərir. Bunu isə Ceymstaun Fondunun portalında Beka Çediya yazır.

Müəllifin fikrincə, Qərbin regiondakı nüfuzunun yenilənməsi hakim "Gürcü arzusu" partiyasının Qərblə "geosiyasi alver" aparması deməkdir. Amma Qərb də bu partiyaya təzyiq göstərməyə daha çox alət əldə edir.

Gürcüstan müxalifəti Vaşinqtonda sənədlərin imzalanmasını rusiyapərəst mövqeyi ilə seçilən hakim partiyanın xarici siyasətinin iflası kimi dəyərləndirib. ABŞ-nin vasitəçilik rolu hakim partiyanın antiqərb siyasətinə zərbə vurduğu bildirilir, axı, hakimiyyət Qərbin Cənubi Qafqazda yeni müharibə başlatmaq istədiyini iddia edir. Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili Trampın Cənubi Qafqazdan iki liderlə görüşünü "Gürcüstan üçün ağır geosiyasi fəlakət" adlandırıb. O iddia edib ki, Rusiya, İran və Gürcüstandan yan keçəcək yeni tranzit dəhlizi ilə bağlı Vaşinqtonda imzalanmış razılaşma Gürcüstanı təcrid olunmuş ölkəyə çevirir.

Ağ evin keçmiş rəsmisi Maykl Karpenter də inanır ki, Gürcüstanın İran, Rusiya və Çinlə sıx əlaqələri onun regionda Qərb tərəfdaşları üçün əhəmiyyətini azaldır. O inanır ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) beynəlxalq şirkətlərə ticarət üçün tranzit xətlərini diversifikasiya etməyə imkan verəcək, Gürcüstan isə daha yeganə, yaxud ən yaxşı seçim sayılmayacaq.

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulur. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.

XS
SM
MD
LG