Keçid linkləri

2025, 04 Oktyabr, şənbə, Bakı vaxtı 23:04

Ukrayna Kupyanskı itirmək üzrədir


Ukrayna Milli Qvardiyasının 15-ci Əlahiddə Briqadasının əsgərləri Kupyansk rayonunda artilleriya atəşi açırlar.
Ukrayna Milli Qvardiyasının 15-ci Əlahiddə Briqadasının əsgərləri Kupyansk rayonunda artilleriya atəşi açırlar.

Xülasə

  • Üç ildən sonra Rusiya Kupyanskı yenidən ələ keçirmək üzrədir.
  • "Tükəndirmə müharibəsi gedir. Burada həlledici amil yalnız dözməkdir, düşmənin potensialını səbirlə zəiflətməkdir. Belə də davam edəcək, qəti zərbə olmayacaq".
  • "Deep State" Rusiya qüvvələrinin Kupyanskın şimalında bəzi rayonlara girdiyini bildirib.
  • Pokrovskun mühasirəyə düşmə riski qalır.

2022-ci ilin sentyabrında Ukrayna qüvvələri Rusiyanın zəif müdafiə mövqelərini keçdi, Xarkov vilayəti boyunca şimal, şərq və cənuba doğru irəlilədi, Oskol çayına çatdı, Kupyansk dəmiryol habını yenidən ələ keçirdi.

AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel bunun Ukrayna üçün zirvə nöqtəsi olduğunu, Ukraynanın cəsarətini göstərdiyini yazır.

Amma üç ildən sonra Rusiya Kupyanskı yenidən ələ keçirmək üzrədir. Bu dəfə isə bu, Ukraynanın cəbhədəki çətinliklərini, həm də Rusiyanın qətiyyətini göstərir. Görünür, Kreml də ağır itkiləri həzm etməyə hazırdır.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin dördüncü ili sona çatmaq üzrədir. 1100 kilometrlik cəbhə xətti boyunca durum isə ilin əvvəlindən çox da fərqlənmir.

"Tükəndirmə müharibəsi gedir", – Fransada Strateji və Müdafiə Araşdırmaları İnstitutunun hərbi eksperti və müavin direktoru Tibo Fuye belə deyir.

"Burada həlledici amil yalnız dözməkdir, düşmənin potensialını səbirlə zəiflətməkdir. Belə də davam edəcək, qəti zərbə olmayacaq", – o əlavə edib.

Böyük dəyişiklik baş verməsə, Kupyansk payız yağışlarının və soyuq havanın başlanması ilə eyni vaxtda süqut edə bilər. Bu isə işğalın 44-cü ayında Ukrayna qüvvələrini ruhdan sala bilər.

"Mövqelərdən yan keçərək şəhərə girirlər"

Rusiya qüvvələri Oskol çayının şərq sahilində möhkəmləniblər, tədricən şimala doğru irəliləyirlər.

Kupyanskdan böyük dəmiryol xətti keçir, Ukrayna qüvvələri Xarkovdakı mövqelərini təchiz edə bilirlər.

Sentyabrın əvvəlində Rusiya qüvvələri Oskolun dibindən keçən qaz boru xətti vasitəsilə Kupyanskın şimal ətəyinə keçə biliblər.

'Oradan çıxmaq şansı azdır, amma var'
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

"Düşmən hücum əməliyyatları aparmır, qüvvələrini içəri keçirir. Mövqelərimizi ələ keçirməyə çalışmırlar. Onlardan yan keçərək şəhərə girməyə çalışırlar", – bunu Ukrayna ordusu təlim qrupu rəhbəri Vitali Şum keçən həftə "Current Time"a deyib.

Ukrayna ordusu ilə bağlılığı olan "Deep State" döyüşləri izləyən qrup Rusiya qüvvələrinin Kupyanskın şimalında bəzi rayonlara girdiyini bildirib. Rusiya rəsmilərinin iddiasına görə, ukraynalı komandirlər şəhərin süqutunu önləmək üçün qüvvələrin yerini dəyişdirir.

Yerli rəsmi düşmənin şəhərdə olduğunu, sabotaj və kəşfiyyat qruplarına qarşı əməliyyatlar aparıldığını deyib.

Pokrovsk/Dobropolye/Zaporojye

Cənubdakı Donetsk vilayətindəki Pokrovsk şəhəri isə bu il Rusiya qüvvələrinin mühasirə riski ilə üzləşib. Kupyanskdan böyük olan bu şəhər magistral və dəmiryol qovşağıdır.

London Kral Kollecindən Lorens Fridman təhlilində yazıb ki, havaların pisləşməsi Rusiya qüvvələrinin tempini artırmağa vadar edib. Kremlin siyasi tələbləri, prezident Vladimir Putinin ambisiyalı qrafiki də təzyiqi artırır. Yəni, Pokrovsku tutmaqla builki səylərin boşuna getmədiyini göstərə bilərlər.

Son günlərin havası isə hər iki tərəfin dron bölmələrinin işini çətinləşdirib.

Pokrovskdan şimal-şərqə doğru durum ukraynalılar üçün daha problemlidir. Avqustun əvvəlində azsaylı Rusiya bölmələri Dobropolye şəhərinin şərqində Ukraynanın müdafiəsini yarıb.

Cənub-qərbdə Zaporojye şəhərinin cənubundakı cəbhə xətləri isə bu il, əsasən, dəyişməz qalıb.

Ukrayna rəsmiləri yayda kiçikmiqyaslı sızma taktikalarının artdığını bildirdilər. Bu, motosikletlər, digər nəqliyyat vasitələri, həmçinin dronlarla baş verib.

Amma sentyabrın əvvəllərində Ukrayna ordusunun Baş komandanı general Oleksandr Sırski bildirib ki, Ukrayna qoşunları Zaporojye bölgəsinə planlaşdırılan irimiqyaslı hücumu dəf edib, Rusiya komandirləri dəniz piyadalarını, digər bölmələri Donetskə yerləşdiriblər.

XS
SM
MD
LG