Keçid linkləri

2025, 10 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:24

Türkiyədə polis CHP qərargahı önünə yığışanlara qarşı bibər qazı istifadə edib


Türkiyə polisi İstanbulda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Türkiyə polisi İstanbulda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) tərəfdarları sentyabrın 8-də partiyanın İstanbuldakı qərargahı önünə yığışıblar. Onlar məhkəmənin keçən həftə partiyanın İstanbul üzrə sədrini əvəzləmək qərarına etiraz ediblər. Polis bəzi etirazçıları saxlayıb, bibər qazından istifadə edib.

Etirazçıların arasında CHP-nin millət vəkilləri də olub.

Yüzlərlə polis əməkdaşı ötən gecədən CHP-nin İstanbul qərargahı ətrafına barrikadalar qurub.

Özgür Çelikin yerinə təyin olunmuş, CHP-nin keçmiş sədr müavini Gürsel Tekin bazar ertəsi İstanbuldakı qərargah gəlib, partiya üzvləri ilə uzun qarşıdurmadan sonra binaya daxil olub. O, jurnalistlərə deyib ki, dövlətə işləmir, partiyanın hüquqi problemlərinin həllinə kömək edəcək.

"Reuters" yazır ki, CHP-yə qarşı məhkəmə prosedurları korrupsiya iddialarından qaynaqlanır, partiya isə iddiaları təkzib edir. Onlar prezident Rəcəb Tayyib Ərdoğanın müxalifəti zəiflətmək istədiyini deyirlər, hüquqi addımların da Ərdoğana seçki təhdidlərini aradan qaldırmağı hədəflədiyini bildirirlər.

Bazar ertəsi Türkiyədə böyük sosial media saytlarına çıxış məhdudlaşdırılıb. Hakimiyyət daha öncə də siyasi gərginlik dövründə bu addımı atıb. "NetBlocks" qlobal internet monitorinq təşkilatı bildirib ki, X, YouTube, Instagram, Facebook, TikTok və WhatsApp platformalarına giriş məhdudlaşdırılıb.

Daxili işlər naziri Ali Yerlikaya deyib ki, məhkəmə qərarına əməl etməmək ədalətin gerçəkləşməsinə mane olmaq deməkdir və "dövlət hər hansı qanunsuz təşəbbüsə qarşı gərəkəni edəcək".

İstanbulda mitinqlər yasaqlanıb. CHP etirazlara çağırır
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

İstanbulda mitinqlər yasaqlanıb. CHP etirazlara çağırır

Türkiyənin əsas müxalifət partiyası olan CHP sentyabrın 7-də İstanbul sakinlərini etiraza çağırıb. Polis isə partiyanın bu şəhərdəki ofisi ətrafında barrikadalar qurub. Partiya lideri bunu "mühasirə" adlandırıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) aylardır hüquqi təzyiqlərlə üzləşib, yüzlərlə üzvü, o cümlədən İstanbulun meri, prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi Əkrəm İmamoğlu həbs olunub. Martda onun həbsi Türkiyədə böyük etirazlara səbəb olub.

CHP bütün ittihamları rədd edərək bildirib ki, hüquqi addımlar siyasi məqsədlər güdür, Ərdoğana qarşı seçki təhdidlərini aradan qaldırmaq və müxalifəti zəiflətmək cəhdidir.

CHP-nin İstanbulda keçirilən tədbirində partiyanın sədri Özgür Özəl türkləri məhkəmə qərarına, partiyaya qarşı repressiyalara, polisin partiyanın ofisi ətrafında barrikadalar qurmasına qarşı etirazlara çağırıb.

Partiyanın gənclər qanadı da İstanbul sakinlərini etirazlara çağırıb. Partiya sentyabrın 8-də də mitinq keçirəcəyini bəyan edib.

İstanbul valiliyi isə sentyabrın 10-dək mitinqləri yasaqlayıb.

Sentyabrın 2-də məhkəmə 2023-cü ilin qurultayındakı iddia olunan qanunsuzluqları əsas gətirərək partiyanın İstanbul üzrə sədrinin vəzifəsindən azad edilməsinə qərar verib. Gürsel Tekin, Zeki Şen, Həsən Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət idarə heyəti İstanbul təşkilatına müvəqqəti qəyyum təyin edilib.

G.Tekin sentyabrın 8-də günorta 12-də ofisə gələrək iş başına keçəcəyini deyib.

XS
SM
MD
LG