Keçid linkləri

2025, 09 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Putin: Ukraynadakı Avropa hərbçiləri qanuni hədəflərə çevriləcəklər


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ukraynada Qərb ölkələrindən hərbçilərin yerləşdirilməsi ehtimalını yenidən rədd edib. O, Vladivostokda Şərq İqtisadi Forumunda deyib ki, avropalı hərbçilər Ukraynada müharibə vaxtı peyda olarlarsa, Rusiya onları qanuni hərbi hədəf sayacaq. Putinin sözlərinə görə, sülhə nail olunandan sonra Ukraynada Qərb hərbçiləri yerləşdirməyə ehtiyac olmayacaq.

Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlə bağlı mövqeyini təkrarlayıb. O, belə bir görüşdə məna görmədiyini, amma Zelenski Moskvaya gedərsə, onunla görüşməyə hazır olduğunu söyləyib. Putin deyib ki, Zelenskiyə "yüz faizli" təhlükəsizlik qarantiyası veriləcək.

Bundan öncə Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, Zelenskini Moskvaya təslim olmağa deyil, danışmağa çağırırlar.

Ukrayna prezidenti isə Moskvaya getmək təklifini rədd edərək deyib ki, bir sıra neytral ölkələr danışıqlar təşkil etməyi təklif ediblər.

Avropa liderləri Donald Trampla telefonla danışırlar.
Avropa liderləri Donald Trampla telefonla danışırlar.
4 sentyabr

Tramp Rusiya neftinə görə Avropaya təzyiq edir

ABŞ prezidenti Donald Tramp Kiyevin Avropadan əsas tərəfdarlarına qarşı sərt mövqe tutub onları Rusiyaya və onun əsas müttəfiqi Çinə daha çox maliyyə təzyiqi göstərməyə, Kremli Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyə çağırıb. Bunu Ağ evin rəsmisi bildirib.

Rəsminin dediyinə görə, Avropa liderləri sentyabrın 4-də Parisdə görüşəndən sonra Trampı telefonla "İstəklilər koalisiya" görüşünə qoşublar.

"Prezident Tramp vurğulayıb ki, Avropa Rusiyadan neft alışını dayandırmalıdır, çünki bu satışlar müharibəni maliyyələşdirir. Rusiya Avropa İttifaqına bir il ərzində yanacaq satışından 1.1 milyard avro gəlir əldə edib", – "Reuters" Ağ ev rəsmisinə istinadla yazır.

Rəsminin sözlərinə görə, Tramp telefon söhbətində onu da deyib ki, "Avropa liderləri Çinə də Rusiya müharibəsini maliyyələşdirməsi ilə bağlı iqtisadi təzyiq göstərməlidirlər".

Paris görüşündən sonra Tramp Avropa liderləri ilə danışıb, amma o, bu görüş haqda şərh verməyib. Prezident yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə danışıb-danışmayacağı haqda jurnalistlərin sualına cavabında "Bəli, danışacağam" deyib.

Rusiya 2022-ci ildə Ukraynanı işğal etməyə başlayandan Avropa Rusiya enerjisindən asılılığını azaltmağa çalışır. Avropa Komissiyası 2028-ci il yanvarın 1-dək Rusiyadan neft və qaz idxalını mərhələli şəkildə dayandırmaq niyyətiylə qanunvericilik təklif edib.

Kremlə yaxın millətçi liderlərin idarə etdiyi Macarıstan və Slovakiya isə Rusiyada enerji idxalını davam etdirir.

Avropa Ukraynaya qoşun göndərəcəyini deyir

Fransa prezidenti Emmanuel Makron 26 ölkənin Ukraynaya postmüharibə dövründə təhlükəsizlik qarantiyaları verməyə razılaşdığını söyləyib. O, Britaniyanın baş naziri Kir Starmerlə birlikdə "İstəklilər koalisiyası"na liderlik edir. ABŞ-nin bu plana dəstəyi də yaxın günlərdə müəyyənləşəcək, - Makron əlavə edib. Onun sözlərinə görə, 26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb. Qüvvələr cəbhə xəttinə yerləşdirilməyəcək, məkanlar hələ müəyyənləşməlidir.

Rusiya daha öncə Ukraynada Avropa qüvvələri ideyasını rədd edib. Kremlin sözçüsü Dmitri Peskov da sentyabrın 5-də bu fikri vurğulayıb.

"Ukraynanın təhlükəsizlik qarantiyaları xarici, xüsusilə də Avropa və Amerika hərbi kontingentləri tərəfindən təmin edilə bilərmi? Qətiyyən yox, bu, mümkün deyil. Bu... ölkəmiz üçün qəbuledilməz olardı", – o, Rusiya dövlət mediasına bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Makronla birgə mətbuat konfransında ABŞ-nin onun ölkəsi üçün postmüharibə qarantiyalarında iştirakının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG