Keçid linkləri

2025, 23 Avqust, şənbə, Bakı vaxtı 18:41

Moskva və Bakı münasibətlərin soyuması fonunda enerji sahəsində əməkdaşlığa razılaşıblar


Həştərxanda Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası
Həştərxanda Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası

Rusiya və Azərbaycan gələcək birgə iş üçün istiqamətləri müəyyənləşdirib. Enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritetdir. Bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk vurğulayıb ki, prioritetlər sırasında regionda nəqliyyat əlaqələrinin inkişafı üzrə birgə iş, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə sisteminin gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı və Xəzər dənizində əməkdaşlıq yer alır.

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub

Həştərxanda Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, iclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri - Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib: "İclasda iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit... sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib".

Qurumdan əlavə edildiyinə görə, iclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk protokol imzalayıblar. Amma protokolun detalları açıqlanmayıb.

Azərbaycan-Rusiya gərginliyindən ən çox zərər əslində kimə dəyəcək?
Gözlə

No media source currently available

0:00 0:09:29 0:00

Bakı və Moskva yenidən bir arada

Azərbaycanla Rusiya arasında son iki ayda artan gərginlikdən sonra ilk rəsmi təmas baş tutub. Avqustun 22-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Rusiyaya səfər edib. O, Həştərxanda rusiyalı həmkarı Aleksey Overçukla görüşüb. Mustafayevin Rusiyaya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak üçün getdiyi deyilir.

Overçuk bir müddət əvvəl Azərbaycanla “Tramp yolu” məsələsini müzakirə edəcəklərini açıqlayıb. Rəsmi Bakı isə Overçukun dediklərini hələ də şərh etməyib. Mustafayevlə görüşdən öncə isə rusiyalı nazir müavini Ermənistanda olub və Paşinyan tərəfindən qəbul edilib.

Rusiya ilə Azərbaycan arasında gərginlik son iki ayda özünün ən pik həddinə çatıb. Buna səbəb Rusiyanın iyununda etnik azərbaycanlılara qarşı keçirdiyi zorakı əməliyyatlar olub. Bakı buna etiraz olaraq o zaman Azərbaycana gəlməyi planlaşdıran Overçukun səfərini ləğv etmişdi. Daha sonra Rusiyanın Azərbaycanda mədəniyyət tədbirləri tam dayandırılmışdı. Moskva isə buna cavab olaraq Azərbaycan diasporunun digər üzvlərinə qarşı hələ də yeni cinayət işi açaraq onları deportasiya və həbs etməyə davam edir.

XS
SM
MD
LG