Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:12

Minsk qrupu getdi, növbədə Aİ-nin Ermənistandakı missiyasıdır?


Minsk qrupu 30 ildən sonra ləğv edilir
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Minsk qrupu 30 ildən sonra ləğv edilir

Sentyabrın 1-də ATƏT-in 57 üzv ölkəsi ilin sonunadək Minsk qrupunu ləğv etməyə yekdilliklə səs verib. Qrup 1992-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılıb.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər bu iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedir. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.

AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak Minsk qrupunun hədəflərinin heç birinə çatmadığını, AzadlıqRadiosuna danışan ATƏT diplomatlarının da bunu etiraf etdiyini yazır. Onların fikrincə, qrup bircə 1990-cı illərin sonu - 2000-ci illərin əvvəlində Bakı ilə Yerevan arasında gərginliyi səngidə bilib.

ATƏT-in konsensuslara əsaslanması, daimi vetolar qrupun effektini azaldıb.

İndi Minsk qrupunun ləğvi o deməkdir ki, ATƏT 2021-ci ildən bəri büdcəsinin təsdiqlənməsinə nail ola bilər. Bundan ötrü ona yekdillik lazımdır, Bakı isə 158 milyon avro həcmində büdcəyə veto qoyub, çünki büdcədə Minsk qrupu üçün də vəsait nəzərdə tutulub.

Amma Rusiyanın əngəl yarada biləcəyi məsələsi də var. Çünki Moskva ATƏT-in Ukraynadakı fəaliyyəti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri monitorinq etməsindən narazıdır, siyasi sayır.

Hazırda Avropa İttifaqı (Aİ) da Ermənistandakı Müşahidə Missiyasının (EUMA) taleyini düşünür. Missiya iki il öncə bu ölkənin Azərbaycanla sərhədində monitorinq məqsədilə yaradılıb. 200 müşahidəçisi olan missiya Bakının qəzəbinə tuş gəlib.

"Azərbaycan Minsk qrupunu yola salmağa nail oldu, avropalı diplomatlar EUMA-nın növbəti ola biləcəyini düşünürlər", – məqalədə deyilir.

Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bu həftə AzadlıqRadiosuna deyib ki, Aİ mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur.

Vaşinqtonda avqustun 8-də paraflanmış sənəddə də deyilir ki, qarşılıqlı sərhədə hər hansı üçüncü tərəf qüvvələrini yerləşdirməməlidir.

XS
SM
MD
LG