Keçid linkləri

2025, 10 Oktyabr, Cümə, Bakı vaxtı 16:58

Aİ ölkələri Rusiya diplomatlarının blok daxilində hərəkətlərini məhdudlaşdıra bilər


Berlində Rusiya səfirliyi
Berlində Rusiya səfirliyi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya diplomatlarının blok daxilində hərəkətini məhdudlaşdırmağa razılaşıb. Bu barədə "The Financial Times" mənbələrə istinadla yazıb.

Bir blok üzvünün paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları onun sərhədlərini tərk etməzdən öncə səfər planları barədə digər ölkələrin hökumətlərini bilgiləndirməli olacaqlar.

Bu məhdudiyyətlər "casusların diplomatik örtük altında diversiya cəhdlərinin artması" ilə izah edilir. Aİ-nin kəşfiyyat xidmətləri bildiriblər ki, bu əməliyyatlar çox zaman ev sahibi ölkənin sərhədlərindən kənarda aparılır, bu isə Rusiya diplomatlarına nəzarətdən yayınmağa imkan verir.

"Onlar bir yerə getdiklərini bildirirlər, amma əslində başqa yerdə işləyirlər", –Aİ-nin yüksəkrütbəli diplomatlarından biri xüsusi xidmət orqanlarının hesabatlarına istinadla deyib.

"Ev sahibi ölkənin kəşfiyyat agentliyi onların nə ilə məşğul olduğunu bilir, amma əgər onlar sərhədi keçirlərsə, həmin ölkənin onları izləməsi çətinləşə bilər", – o əlavə edib.

Təşəbbüsü Çexiya irəli sürüb. Praqa artıq akkreditasiyası olmayan Rusiya diplomatları və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub.

XS
SM
MD
LG