Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:13

Paşinyan: 'Qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə sayıram'


Nikol Paşinyan
Nikol Paşinyan

"Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesi üçün təhlükəli sayıram". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) deyib. O, sözügedən qurumda liberal-demokratlar adından çıxış edən avstriyalı deputat Petra Bayerin suallarını cavablayıb.

Deputat Paşinyandan soruşub ki, Azərbaycanla sülh prosesi çərçivəsində Qarabağdan olan qaçqınlarla bağlı məsələ, xüsusilə onların əmlakına görə kompensasiya müzakirə olunubmu? Onların mədəni irsinə təhlükə varmı?

Paşinyan cavabında bildirib ki, "istənilən müqavilə və ya sülh sazişi hər şeyi əhatə etmir. Amma Ermənistan və Azərbaycan arasında digər məsələlərin müzakirəsi üçün uyğun mexanizmlər və platformaların yaradılmasını nəzərdə tutur".

Qarabağ münaqişəsi beləcə başladı

Paşinyan deyib ki, Qarabağdan gedən qaçqınların mənzil təminatı ilə bağlı proqram başladılıb, hələlik, çətinliklərlə həyata keçirilir.

"Qarabağdan olan həmvətənlərimizin gələcəyini Ermənistanda, Ermənistan vətəndaşları kimi görürük", – deyən baş nazir erməni qaçqınların Qarabağa qayıdışını real saymadığını vurğulayıb: "Ümumiyyətlə, bütün qaçqınların qayıdışı mövzusunu bu kontekstdə sülh prosesi üçün təhlükəli sayıram. Qarabağ münaqişəsi elə bu cür, sadə görünən humanitar məsələlərin qaldırılması ilə başladı və nəticədə uzunmüddətli münaqişəyə çevrildi".

Paşinyan Ermənistan və Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə, suverenliyini və sərhədlərin toxunulmazlığını Alma-Ata Bəyannaməsi əsasında tanıdıqlarını xatırladıb.

"Qarabağdan olan həmvətənlərimiz Ermənistanda yerləşdirilməlidirlər və Ermənistanda yaşamalıdırlar, Ermənistan vətəndaşları kimi yaşamalıdırlar. Bu, bizim strategiyamızdır", – baş nazir bildirib.

Qarabağlılar Paşinyana qarşı: Yerevan ermənilərə yardımı dayandırmağa hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

10 mindən çox Qarabağ ermənisinə Ermənistan pasportu verilib

Qarabağdan erməni əhalinin köçü 2023-cü ilin sentyabrında Azərbaycan hökumətinin birgünlük əməliyyatlarından sonra başlayıb. Ermənistan, Qərb qurumları Azərbaycanı etnik təmizləmədə ittiham edirdilər. Azərbaycan hökuməti isə etnik təmizləmə fikrini qəbul etmir. Qarabağ ermənilərinin reinteqrasiya planını da açıqlamışdı.

2023-cü ildə Qarabağdan köç edən ermənilərin əksəriyyəti Ermənistana pənah aparıb. Rəsmi açıqlamalara görə, bu ilin avqustuna qədər 10 mindən çox Qarabağ ermənisinə Ermənistan pasportu verilib. Ümumilikdə 100 mindən çox etnik erməninin Qarabağı tərk etdiyi bildirilir.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

XS
SM
MD
LG