Keçid linkləri

2025, 20 Sentyabr, şənbə, Bakı vaxtı 04:13

Avropa İttifaqı Azərbaycanla yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyə hazırdır


Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.
Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.

Bu dəfə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kosun regiona səfərindən, blokun Cənubi Qafqazda rolunu necə görməsindən danışırıq.

Bu həftə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycana və Ermənistana səfər edir. O, jurnalistlərə deyib ki, azad edilmiş ərazilərə, xüsusilə də səhiyyə sisteminə vəsait qoymağa imkan verəcək maliyyə razılaşmasını imzalaya biləcəyinə ümid edir. Prezident İlham Əliyev komissarla görüşdə Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən ittifaqa üzv səkkiz dövlətə ixrac olunduğunu vurğulayıb.

Bu səfər avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsini nəzərdə tutan bəyannaməni imzalamasından sonraya təsadüf edir. Bəzi təhlilçilər bu razılaşmaların Cənubi Qafqazda geosiyasi durumu dəyişə biləcəyini yazır, Avropa İttifaqını Cənubi Qafqazda daha qətiyyətlə hərəkətə keçməyə, TRIPP marşrutundan yararlanaraq sərmayəni və ticarəti sabitlik hədəfləri ilə uzlaşdırmağa çağırırlar.

""Tramp yolu"nun hələ detalları razılaşdırılmalıdır"

Amma blokun Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Maqdalena Qrono sentyabrın əvvəlində Azərbaycan və Ermənistanda, Naxçıvan və Tavuş regionlarında olub, Aİ-nin iştirakı üçün əlavə imkanları araşdırıb.

Anita Hipper
Anita Hipper

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anita Hipper AzadlıqRadiosuna deyir ki, Aİ regionda sərhədlərarası əməkdaşlığın dəstəklənməsində, etimad quruculuğu tədbirlərində etibarlı tərəfdaşdır. Üstəlik, blok uzun müddət Avropanı, Cənubi Qafqazı və Orta Asiyanı birləşdirən Transxəzər Nəqliyyat Dəhlizini təşviq edib.

"Tramp yolu"na gəlincə, bu təşəbbüsün detalları hələ razılaşdırılmalıdır.

"Amma Vaşinqtondakı görüşdən sonra Aİ-nin ali nümayəndəsi Kaya Kallas Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarında əldə olunmuş razılaşmaların praktiki icrası üçün Aİ-nin dəstəyini və təcrübəsini təklif edib", - A.Hipper əlavə edir.

İnsan haqları üzrə dialoqu saxlamaqla

M.Kosun Bakıda rəsmilərlə görüşündə fundamental azadlıqlar, həbsdə olan jurnalistlər, siyasi fəallardan danışıb-danışmadığı bəlli deyil. Blokun xarici siyasət üzrə başçısı K.Kallas apreldə Bakıya səfəri zamanı deyirdi ki, tərəflər yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların bərpasına razılaşıblar. O, bu əlaqənin qarşılıqlı hörmət, həm də fundamental prinsiplərə, hüququn aliliyi və insan haqlarına hörmət əsasında qurulacağını demişdi.

Aİ-nin sözçüsü A.Hipper də deyir ki, blok Azərbaycanla yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyə, rabitəlilik və enerji sahələrində əməkdaşlığı gücləndirməyə, eyni zamanda, insan hüquqları üzrə dialoqu saxlamağa hazırdır.

Belarus ötən həftə 52, bu həftə isə 25 siyasi məhbusu əfv edib. Azad olunanlar arasında AzadlıqRadiosu Belarus xidmətinin siyasi ittihamlarla 5 ildən çox həbsdə yatan jurnalisti İqar Losik də olub.

AzadlıqRadiosunun jurnalisti İqar Losik 5 illik həbsdən sonra azadlığa buraxılıb
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Azərbaycanda isə bir qrup jurnalistin məhkəməsi bitib, digərlərində mühakimə, yaxud istintaq prosesi davam edir.

Sentyabrın 9-da məhkəmə "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə açılmış cinayət işi üzrə hökmləri qüvvədə saxlayıb. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə təqsirli bilinib. Radionun prezidenti Stiv Kapus qərarı pisləyərək deyib ki, Fərid "layiq olduğu ədalətdən məhrum edilir".

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Kristof Lakrua "AbzasMedia" jurnalistlərinə qarşı çıxarılan hökmləri Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyəti üzvlərinə qarşı daha geniş və davamlı təzyiqin tərkib hissəsi adlandırıb. O, Azərbaycan hakimiyyətini "mənalı dialoq yoluna qayıtmağa çağırıb".

Azərbaycanın AŞPA-da səsvermə hüququ 2024-cü ilin yanvarında dondurulub. Rəsmi Bakı buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan AŞPA-dakı müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salınıb. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar. Sentyabrın sonuncu həftəsi AŞPA-nın payız sessiyası öz işinə başlamalıdır.

"ToplumTV"nin qurucusu Ələsgər Məmmədli bu həftə məhkəməsində deyib ki, ona gərəkən müayinələrdən keçməyə imkan yaradılmır. Arqument.az saytının baş redaktoru Şəmşad Ağa isə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Vəkillər həbsdəki jurnalistlərin səhhətindən narahatdırlar
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00


XS
SM
MD
LG