Keçid linkləri

2025, 05 Oktyabr, bazar, Bakı vaxtı 16:16

Avtobus və metroda gediş haqqı bahalaşdı


Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur?
Gözlə

No media source currently available

0:00 0:08:57 0:00

Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur? (Video arxiv)

Oktyabrın 1-dən avtobus marşrutları və metroda sərnişindaşıma üzrə qiymətlər artırılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Qərar ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət ilə izah edilir:

"Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

Yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik", - qərarda yazılıb.

Nazirlik: '...30 faizini əhatə edəcək'

Nazirlik bildirir ki, bu dəyişiklik ilkin mərhələdə paytaxtın tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30 faizini əhatə edəcək: "Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq".

Qurum əlavə edir ki, tarif dəyişikliyi Bakı – Sumqayıt, Bakı – Abşeron, Sumqayıt – Abşeron arasında, digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq: "Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG (sıxılmış təbii qaz) və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək".

"Keyfiyyət yüksəlməyib"

İqtisadçı Natiq Cəfərli hesab edir ki, ictimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırılsa da, keyfiyyəti yüksəlməyib. Onun fikrincə, qiymət artımı bacarıqsız idarəetməni, qeyri-şəffaf xərcləmələri vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur: "İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır, bizim hökumətin məntiqində isə ilk addım qiymətləri artırmaq olur".

İqtisadçı vurğulayıb ki, son illər dəfələrlə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər veriblər: "Ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artdıqca da qiymət enməlidir. Kimə deyirsən?! Bildikləri yol vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur...".

Xatırlatma

Azərbaycanda sonuncu dəfə ictimai nəqliyyatda qiymətlər ötən il artırılıb. 2024-cü il iyulun 1-dən metro və avtobuslarda gediş haqı 40 qəpikdən 50 qəpiyə qaldırılmışdı.

Son günlər Azərbaycan hökumətinə yaxın media orqanlarında ictimai nəqliyyatda qiymətlərin artırılacağı ilə bağlı məlumatlar yayılırdı. Rəsmi qurumlar belə məlumatlara münasibət bildirməsə də, ekspertlər bununla cəmiyyətin nəbzinin yoxlandığını düşünürdülər.

Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları da yaradılacaq. Bu, prezident İlham Əliyevin bu il sentyabrın 19-da imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanında əksini tapıb. Fərmana görə, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç aya hazırlayıb prezidentə verməlidir.

XS
SM
MD
LG