Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri, bir ildən çoxdur həbsdə olan İlqar Mustafayev deyir ki, hansı günahına görə ona qarşı bu cür davranıldığını bilmir. O vurğulayır ki, həmişə prezidentə də, vitse-prezidentə də sədaqətlə xidmət edib.
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda 8.6 milyon dollara otel, 730 min dollara 2 min kvadratmetrlik torpaq sahəsi alıb.
İstanbuldan Bakıya 41 qızıl külçə gətirən Səfər Səfərov və onu Bakıda hava limanında gömrükdənkənar yolla keçirməyə yardımda suçlanan Dövlət Gömrük Komitəsi əməkdaşı Əfsər Mirzəliyevin hər birinə 5 il həbs cəzası verilib.
Müdafiə nazirinin keçmiş müavini – nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olmuş mərhum general Fuad Məmmədov 15 milyon manata yaxın yeyintidə təqsirli sayılıb və ailə üzvlərinə məxsus əmlakların müsadirəsinə qərar verilib.
"SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyintidə suçlanan Ramin İsayevə 14 il həbs cəzası kəsilib. Bu iş üzrə bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar sentyabrın 8-də yekunlaşıb.
"Aydın görünür ki, Eduard Lintner Azərbaycanın maliyyələşdirdiyi deputatların təsir və korrupsiya sistemini qurub. O, artıq buna görə cəzalandırılıb"
Bu kölgə müşavirinin 10 il ərzində maliyyə sektorunda əsas vəzifələr tutması yasaqlanıb, üstəlik, 210 min funt-sterlinq cərimələnib.
Bakıda Yasamal qəbiristanlığında bir nəfərin məzar yeri təxminən 15-20 min manata satılırmış.
'Dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisiniz. Akt, sübut istədim'.
Ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.
Dubaydan Azərbaycana 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfərin, o cümlədən gömrük əməkdaşlarının mühakiməsi yekunlaşıb.
711 min 255 manatlıq mülki iddia qaldırılıb.
Davamı