- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan və prokurorun 19 il həbs cəzası tələb etdiyi Firudin Zeynalovun 16 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.
Həbsdə olan keçmiş səfir Eldar Həsənovun sağlıq durumunun pisləşməsi ilə əlaqədar Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib.
Operativ Qərargahın aprelin 28-i axşam saatlarına olan məlumatına görə, Azərbaycanda yalnız 0.5 milyon şəxs koronavirusa qarşı ikinci mərhələdə vaksinasiyadan keçib.
Məhdudiyyətlər ilində "səxavətli" və "xəsis" ölkələr
Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin üzərinə qoyulmuş ödəniş öhdəliyində məbləğ 85 min manatdan 91 min manata qalxıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Dünən, aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılıb.
Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanan azərbaycanlıların işi üzrə 1 ildir davam edən məhkəmə istintaqı yekunlaşıb.
Aprelin 27-də prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vəzifədən azad edilib.
Aprelin 27-də orduya dəstək yürüşünə görə həbs olunanların məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Baba Süleymanovun vəziyyəti pisləşib və o, huşunu itirib.
Aprelin 24-də səhər saatlarında 6 saylı Cəzaçəkmə Müəssisəsində 10-a qədər məhbusun özünə xəsarət yetirdiyi bildirilir.
Aprelin 25-də Litva xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaza (Gürcüstan, Ermənistan və Azərbaycan) səfəri başlayıb.
44 günlük İkinci Qarabağ müharibəsində yaralanan Nardaran sakini Hüseyn Xəlilov vəfat edib.
"Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verməkdə, onları döyə-döyə öldürməkdə suçlanan şəxslər dörd ay öncə mükafatlandırılıb.
Dünən, aprelin 22-də Bakıda "Yeni klinika" tibbi müəssisəsinin baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev həbs edilib.
İctimai fəal Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı deyilir.
Türkanda adlarına saxta ölüm şəhadətnaməsi alınıb torpaqlarının zəbt olunduğunu deyən ahıl qadınlar bu dəfə Xəzər rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər.
Prezident İlham Əliyev aprelin 19-da "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanması ilə əlaqədar işçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.
Davamı