- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Müstəqillik illərinin rekordu
Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanaraq həbs olunan 11 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır davam edən mühakiməsi yekunlaşmaq üzrədir.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib. Onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Bakının Türkan qəsəbəsində aprelin 12-dən aclıq aksiyası keçirdiyi bildirilən 80-90 yaşlarında qadınlar deyir ki, vəziyyətləri yaxşı deyil, hər gün bir neçə dəfə onlara tibbi yardım göstərilir. Buna baxmayaraq, aclığı dayandırmaq istəmirlər.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanaraq mühakimə olunan on nəfərdən ikisinin – Firudin Zeynalov və Mahir Əzizovun aclıq etdiyi bildirilir.
Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) cinayət məsuliyyətinə cəlb olunması üçün yenə xüsusi ittiham qaydasında iddia qaldırılıb.
Sosial şəbəkələrdə saxta profillərin və ya trolların olması yenidən geniş müzakirələrə səbəb olub.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin vəkilləri bu işlə bağlı məhkəmənin gedişindən narazı qalıb.
Azərbaycanda pensiya üçün bir çox tələb var.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır.
2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi bloqer Aslan Qurbanov 7 il azadlıqdan məhrum edilib.
Aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verərək regiona qayıtmağa hazır olduqlarını bildiriblər.
"Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı çoxlu suallar qalmaqdadır". Bunu aprelin 13-də prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail təşkilatın keçmiş üzvü Elvar Xəlilov təzyiqlərə məruz qaldığını iddia edir.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun vəkili deyir ki, onun əməlinə hüquqi qiymət verilməsində ciddi pozuntular var.
Bakının Xəzər rayonu, Türkan qəsəbəsində saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına etiraz olaraq aclıq edən 80-90 yaşlı ahıl qadınların durumu pisləşib.
Bu gün, aprelin 13-də Milli Məclisdə qəbul olunan "Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda bildirilir ki, ötən il dövlət qurumlarında 452 nöqsan aşkar edilib.
Türkan qəsəbəsinin bir qrup sakini, o cümlədən 91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova, onların övladları aclıq aksiyasına başladığını bəyan edib.
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin müddəti başa çatır. Qanuna görə, yeni tərkib təsdiqlənməlidir.
Davamı