Keçid linkləri

2025, 04 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Keçmiş bankirlər öz işlərini süni intellektə öyrədirlər – saatı 150 dollara


Süni intellekt
Süni intellekt

"OpenAI" "Goldman Sachs" və "JPMorgan" kimi şirkətlərdən 100-dən çox keçmiş bankirin hər birinin saatına 150 dollar verir. Onlar da süni intellektə gənc bankirlərin işini modelləşdirməyi öyrətməyə kömək edirlər.

"Absurd ondadır ki, onlar indi öz yerlərinə əvəzedicini öyrətməkdən daha çox qazanırlar, nəinki əvvəlki işlərindən. Tam ştatlı gənc bankir ilinə 200 min dollar qazanır, yəni saatına 50 dollar, o da əgər həftəyə 80 saat işləyirsə", – "Seda Experts" şirkətinin idarəedici direktoru Kreyq Koben"The Financial Times"da yazır.

Müəllif qeyd edir ki, son 20 ildə işə daha yaxşı nitq qabiliyyəti olanlar deyil, texniki cəhətdən bacarıqlı, çox işləyənlər götürülürdü. Süni intellekt bu məntiqi alt-üst etsə də, keçid bir gecəyə baş verən deyil. Maliyyə işinin bütünlükdə avtomatlaşdırılması illərlə çəkə bilər.

"Amma çatbota müştəri münasibətlərini, intuisiya hissini öyrətmək çətindir. Süni intellekt hər bir ssenarini modelləşdirə bilər, amma otağın ab-havasını hiss edə bilmir (hələlik). İronik olan budur ki, işə götürülənlərdə detallara diqqət, fasiləsiz əlçatanlıq kimi ən çox qiymət verilən cəhətlər məhz süni intellektin ən qiymətli keyfiyyətlərdir. Maşınlar onluqları səhv salmır, xəstələnib işə çıxmamaqdan, dostunun toyuna görə İtaliyaya uçmaqdan söhbət gedə bilməz. Onların dostu da yoxdur (azından indilik)", – məqalədə deyilir.

Gecə 8 saat yata bilmək

Gənc bankirlərin niyə çox işləməsinə gəlincə, "Business Insider" bir məhkəmə işinin izinə düşüb. "Centerview Partners" bank firmasının keçmiş analitiki Ketrin Şiberin bankçılıq karyerası uzun sürməyib. Belə ki, işə götürüləndən az sonra onu sistemdən icazəsiz çıxdığına görə tənqid ediblər. Şiber bir neçə gün gecə saat 2-dək işləyib, bir gün isə gecə 1-də heç kəsə demədən sistemdən çıxıb. Həmkarı ona başa salıb ki, bu, düzgün deyil, getməmişdən öncə həmkarlarına yazmalıdır ki, onluq nəsə iş qalıbmı.

Şiber isə həkimdən tibbi arayış alıb ki, əhval və narahatlıq pozuntusu var, gecə ən azı səkkiz saat yatmalıdır.

"Bankların bu işi niyə süni intellektə tapşırmaq istəməsi anlaşılandır", – "eFinancial Careers"də qlobal redaktor Sara Batçer yazır.

XS
SM
MD
LG