Keçid linkləri

2025, 06 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:40
Putin-Əliyev görüşü gözləntisi: 'Göstərəcək ki, Putin normallaşmada maraqlı deyil'
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Putin-Əliyev görüşü gözləntisi: 'Göstərəcək ki, Putin normallaşmada maraqlı deyil'

Rusiya XİN Bakıyla münasibətlərin düzəlmə variantından bəhs edib

Son aylar Azərbaycanla Rusiya arasında siyasi əlaqələr pisləşib. İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır. Azərbaycanda isə narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb.

Nə baş verib?

Azərbaycan və Rusiyanın bəzi media orqanlarının məlumatına görə, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. H.Səfərovun Azərbaycan, Z.Səfərovun isə Rusiya vətəndaşı olduqları deyilir.

Amma Rusiyanin bəzi media orqanlarinda yer alan iddialara görə, ölümlərdən biri saxlanmadan sonra ürəktutma nəticəsində baş verib.

Yekaterinburqda yaşayan Azərbaycan əsilli insanların verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnmiş reydlərə görə Rusiyaya 'kəskin' etiraz bildirilib

İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində keçirilən əməliyyatlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN bildirir ki, Rusiya tərəfinə iyunun 27-də azərbaycanlıların yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələrinin iki nəfəri qətlə yetirdiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin isə həbs edildiyi reydləri ilə bağlı "kəskin" etiraz bildirilib.

"Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb", - XİN vurğulayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Yekaterinburqdakı saxlamalar cinayət işləri çərçivəsində həyata keçirilib. O, şübhəlilərin Rusiya vətəndaşları olduqlarını sözlərinə əlavə edib.

XS
SM
MD
LG