Keçid linkləri

2025, 08 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

Dağıstan lideri: Fındığı, kivini, feyxoanı da özümüz yetişdirərik


Sergey Melikov
Sergey Melikov
  • Dağıstan lideri əvvəllər daha çox Azərbaycandan gətirilən meyvə-tərəvəzi respublikada yetişdirməyin mümkünlüyündən danışıb;
  • Azərbaycanla Ermənistan arasında sülhə kim nəzarət edəcək? ATƏT? Avropa İttifaqı?
  • Aİ SOCAR-a məxsus neft emalı zavoduna da sanksiya tətbiq edib.


Rusiyanın Dağıstan Respublikasının lideri Sergey Melikov Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarını əvəzləmək planlarından danışıb. "Vedomosti" qəzeti yazır ki, S.Melikov bu haqda "Gələcəyin platforması: Region-2030" adlı tədbirdə söz açıb. Onun dediyinə görə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı Dağıstan üçün yeni imkanlar açır. Başçı əlavə edib ki, regionda nəqliyyat xəttinin keçdiyi böyük şəhərlərdə infrastruktur əhəmiyyətli şəkildə yaxşılaşdırıla bilər.

Dağıstanın kənd təsərrüfatı potensialından danışan S.Melikov əvvəllər, əsasən, Bakıdan idxal edilən sahələrə toxunub.

"Biz alma, armud, nar yetişdiririk və bu gün artıq fındıq, kivi, feyxoa və s. kimi məhsulları yetişdirmək üçün imkanlar var. Yəni əvvəllər yalnız qonşularımız – Azərbaycandan və ya digər ölkələrdən gətirilən bu cür ekzotik məhsulları yetişdirə bilərik. İnvestor qruplarına göstərdiyimiz dəstək sayəsində inanıram ki, yaxın illərdə Dağıstan təkcə Rusiya miqyasında yox, beynəlxalq səviyyədə də lider olacaq", – S.Melikov deyib.

Azərbaycan-Rusiya əlaqələrində ötən ilin dekabrında təyyarə qəzasından sonra böhran davam edir. "Vedomosti" yazır ki, 2024-cü ildə Azərbaycanın Rusiyaya ixracının təxminən yarısını meyvə-tərəvəz təşkil edib – 600 milyon dollara yaxın. Bu ilin ilk dörd ayında isə ixracın 27 faizini (87.5 milyon dollar) meyvə və çərəzlər təşkil edib. Tərəvəzlərin payı 23 faiz olub (73.7 milyon dollar).

Əliyev, Tramp, Paşinyan
Əliyev, Tramp, Paşinyan

Azərbaycan və Ermənistan: sülhə kim nəzarət edəcək?

"Deutche Welle"nin rus redaksiyasından Roman Qonçarenko ATƏT-in Minsk qrupu buraxılandan sonra sülh prosesinə kimin nəzarət edəcəyi sualına cavab axtarır.

Avqustun 8-də Vaşinqtonda iki ölkə sülh sazişinin mətnini paraflayıblar.

"Chatham House" təhlil mərkəzinin britaniyalı təhlilçisi Lourens Broers Minsk qrupunun taleyini ATƏT-in ümumi tənəzzülü ilə bağlayır, bu təşkilat ilkin mərhələdə nəzərdə tutulduğu kimi nüfuzlu bir quruma çevrilə bilmədi.

Tageschau.de portalından jurnalist Silviya Ştöber Bakının Yerevandan konstitusiya dəyişikliyi tələb etməsini "anlaşılan" sayır, amma bu tələbin Ermənistanda daxili gərginliyi artırmasına diqqət çəkir. O, müharibənin yenidən qızışması ehtimalına qarşı Avropa İttifaqının təcrübəsini uğurlu sayır. Hazırda Aİ-nin Ermənistanda kiçik silahsız müşahidə missiyası var. Vaşinqtonda paraflanan sülh sazişində sərhəd boyunca üçüncü qüvvələrin yerləşdirilməməsinə dair maddə də var.

L.Broers isə ATƏT-in hələ də rol oynamasını mümkün sayır. Amma bu, qurumun gələcəyindən, Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə bitəcəyindən asılı olacaq.

Rəcəb Tayyib Ərdoğan İzmir yaxınlığında yeni neft emalı zavodunun açılışından sonra İlham Əliyevlə xatirə şəkli çəkdirir.
Rəcəb Tayyib Ərdoğan İzmir yaxınlığında yeni neft emalı zavodunun açılışından sonra İlham Əliyevlə xatirə şəkli çəkdirir.

SOCAR-ın neft emalı zavoduna sanksiya

Aİ-nin Rusiyaya sanksiyaları sakitcə Azərbaycana da təsir göstərməyə başlayıb. "OC Media" Türkiyədə Azərbaycana məxsus STAR emal zavodunun Rusiya xam neftini emal etdiyinə görə sanksiyaya məruz qaldığını yazır.

Aİ-nin bu ilin iyulunda qəbul etdiyi 18-ci sanksiya paketində bu obyektdən idxal yasaqlanıb.

Aİ-nin xarici məsələlər üzrə sözçüsü Anitta Hipper "OC Media"ya STAR-ın sanksiya paketində olduğunu təsdiqləyib. Bu zavodun sahibi Azərbaycan hökuməti və SOCAR dövlət neft şirkətidir. Hipper deyib ki, məqsəd Rusiyanın neft gəlirlərini kəsməkdir.

XS
SM
MD
LG