- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsindəki 23 nömrəli şəhər xəstəxanasının 30 ilə yaxın baş həkimi olmuş Rəsul Baxşəliyev xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
2021-ci ildə qeydiyyat şöbələrinin və icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb.
Bir il öncə qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anası Nəzakət Bayramova iddia edir ki, qarşı tərəf vəzifəsindən və pulundan istifadə edərək bu cinayətin obyektiv araşdırılmasına təsir göstərib.
"Siz bunu vəziyyətdən çıxmaq üçün təklif edirsiniz, amma elə düşünürlər ki, korrupsiyaya meydan açırsınız. Nəticəsi də belə olacaq".
"Nə qədər cəza istəyirsiniz, cəza verin, çəkməyə hazıram"
Lənkəran rayonunun Havzava kənd sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra onun təqsirsiz olduğu üzə çıxıb.
Korrupsiyada suçlanan daha bir keçmiş məmurun cəzası yumşaldılıb.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun işi üzrə qərar elan edib.
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası ilə bağlı layihə Milli Məclisdə I oxunuşda qəbul edilib.
Budəfəki sərəncamdan siyasi məhbuslarla bağlı gözlənti nədir?
Ukraynada tutularaq Azərbaycana gətirilən işadamı Maqsud Mahmudovun 14 il azadlıqdan məhrum edilməsi istənilib.
Bakının Keşlə qəsəbəsinin sakini Zaur Əhmədov narkotik ittihamıyla həbsdədir.
Aprelin 24-də isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Ermənistan ərazisindən gələn diversiya qrupu zərərsizləşdirilib, bir nəfər saxlanıb.
Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda suçlanan beş nəfər cəzalandırılıb.
Ermənistan üçün casusluq iddiaları ilə açılmış "Tərtər işi"nə oxşar olaylar ondan altı ay öncə - 2016-cı ilin noyabrında başqa bir hərbi hissədə də yaşanıbmış.
2022-ci ildə Təhsil Nazirliyi üzrə mərkəzləşdirilmiş alış, habelə xidmətlər, təmir və digər tədbirlər üçün 537.5 milyon manat vəsait ayrılıb.
Cəbrayılov aprelin 11-də müxtəlif vətəndaşların şikayətləri əsasında saxlansa da, Nərimanov rayon Məhkəməsi onun haqqında istintaq dövrü üçün həbs qərarı verməkdən imtina etmişdi.
Abşeron rayon Mərkəzi Xəstəxanasından vaksin sertifikatı almış 67 nəfərin sənədinin saxta olduğu üzə çıxıb.
Samir Aşurov aprelin 19-da xarici pasport alıb ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz həmin gün ona qarşı təxribat qurulduğunu düşünür.
Aprelin 22-i və 23-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilməlidir.
Davamı