- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Bu ilin iyulunda Tovuz rayonundakı döyüşlərdən sonra Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si azadlığa buraxılıb.
Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işi üzrə proses davam edib.
Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən bir neçə gün sonra bu hadisəni törətməkdə suçlanan Yunis Səfərovun üzü qanlı vəziyyətdə fotosu sosial şəbəkələrdə yayıldı. Y.Səfərov deyir ki, həmin foto elə həbs olunduğu gün çəkilmişdi.
Bu gün, noyabrın 13-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı proses başlayıb.
Tofiq Yaqublu da daxil olmaqla, bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıc barəsində intizam icraatı başlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general Əfqan Nağıyev və onunla birlikdə həbs olunan vəzifəli sərhədçilər barədə cinayət işi bir neçə yerə ayrılıb.
Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu təxminən iki ay əvvəl həbsdən buraxılsa da, hələlik onunla bağlı yekun qərar verilməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov həbsdə olduğu altı ay ərzində ailə üzvləri ilə nə telefonla danışa bilib, nə də görüşüb.
Azərbaycanda artıq hər noyabrın 12-si 25 ildir ki, Konstitusiya Günü kimi qeyd edilir.
37-yaşlı Rasim Ramazanov iki aydır ki, həbsdədir. O iddia edir ki, haqqında həbs qərarı çıxarılıb Bakı İstintaq Təcridxanasına köçürülən gündən orada işgəncə altındadır.
Uzun illər Şəmkir rayonunun icra başçısı, ondan sonra da kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində suçlanan Vüqar Əliyev dövlət orqanlarına şikayətlərinə görə təzyiqə məruz qaldığını iddia edir.
Noyabrın 10-da gecə Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişi Azərbaycanda siyasi partiyalar və ekspertlər müxtəlif cür qiymətləndirirlər.
Noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqladı.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov deyir ki, həmin vaxt polis əməkdaşına xəsarət yetirmək niyyətində olmayıb.
Bakının Nəsimi rayonu, Azadlıq prospekti-80 ünvanındakı binanın bir hissəsi sökülüb.
Noyabrın 5-də prezident İlham Əliyevin fərmanı ilə bir sıra iri dövlət qurumlarının idarəetməsi bu ilin avqust ayında yaradılan Azərbaycan İnvestisiya Holdinqinə verilib.
İki ilə yaxındır ki, prokurorluq və məhkəmə orqanları SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı hallanan, dələduzluqla bağlı cinayət işini araşdırır.
Azərbaycanın 2021-ci il büdcə layihəsi, hələlik, ölkə parlamentində müzakirəyə çıxarılmayıb.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərov bu hadisəni törətməsinin səbəbləri barədə ətraflı danışıb.
Dünən, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib.
Davamı