- MÜTLƏQ hiperlinklə istinad verilməlidir. - İcazə olmadan fotolarımızı təkrar dərc etməyin. İstifadə şərtləri ƏTRAFLI BURADA
Azərbaycanda ət və ət məhsullarının alınmasına əhali hər il 4 milyard manata yaxın pul xərcləyir.
Polisdən deyildiyinə görə, vətəndaş üçün yuxarı orqanlara ərizə yazarkən həmin vətəndaşın xəbəri olmadan ərizəyə əlavələr edilib.
Salyanda yaşayan və taksi fəaliyyəti ilə məşğul Zeynal Nağıyev və həyat yoldaşı Sevda Nağıyevanın adına olan şirkətlərin hesabına XİN-in büdcəsindən 226 min manatdan çox vəsait köçürülüb. Amma ər-arvad tenderin necə keçirilməsi haqda məlumatı olmadığını deyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 15 il azadlıqdan məhrum edilməsi istənilib.
20 milyonluq yeyinti, israfetmə və s. əməllərdə suçlanan Vüqar Səfərli sentyabrın 21-də öz məhkəməsində prokurorun bank hesabındakı vəsaitlər haqda suallarını cavablandırıb.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına köçürüldüyü bildirilir.
Ölkədə ixracatın 88 faizi neft, cəmi 12 faizi qeyri-neft sektorunun payına düşür
Artıq 2 ildən çoxdur Azərbaycanda minimum əməkhaqqı artırılmır və 2 ili aşır ki, minimum maaşlar yerində saysa da, xərclər durmadan artır.
Bakıda pandemiya ilə əlaqədar, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu "Yeni Klinika"nın sabiq direktoru, rüşvət almaqda suçlanan Pərviz Abbasov bu ittihamın yalan olduğunu deyir.
Son günlər repetitor müəllimlərin bildirməsinə görə, Dövlət Vergi Xidməti onların vergilərə cəlb edilməsi istiqamətində fəaliyyətini gücləndirib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın məhkəmə önündə cavab verməsi tələb olunub.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamaldan 103 min manat tutula bilər.
Sentyabrın 18-dən 20-nə kimi Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmiləri qeyri-rəsmi səfər çərçivəsində Bakıda oldular. Bu "qeyri-rəsmi dostluq səfəri" çox maraqlı dövrə təsadüf etdi.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin (indiki İstintaq İdarəsi) müstəntiqi, Gəncə hadisələri ilə bağlı istintaq qrupunun üzvlərindən olan Orxan Hacıyev məhkəmə zalından həbs olunub.
SOCAR-ın Azərbaycanda satdığı dizelin keyfiyyəti Avropa standartlarından 21 dəfə, Gürcüstanda satdığı dizelin keyfiyyəti isə iki dəfə geri qalır.
İrana gedən əsas yolun sağ və solunda mağazalar fəaliyyət göstərir. Onların bir çoxu işləmir. Bağlı mağazaların üstündə “İcarəyə verilir” sözləri yazılıb. İşləyən mağazalar da az deyil. Bu mağazalar İrandan gətirlmiş mallarla doludur. Alıcı isə gözə dəymir...
KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli deyir ki, ittiham aktında onun haqqında yazılanları oxuyarkən onda özünə nifrət yaranır.
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov sentyabrın 17-də məhkəmədən xərəkdə aparılıb.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev deyir ki, prezidentə onun haqqında yalan məlumatlar məruzə olunub.
Sentyabrın 16-da Baş nazir Əli Əsədov unun qiymətinin artmasının qarşısını almaq məqsədilə qərar imzalayıb.
Davamı