Rusiyada xarici vətəndaşların övladlarının 87.5 faizi məktəblərə daxil ola bilməyib. Bu barədə Rusiyada təhsilə nəzarət idarəsi (Rosobrnadzor) məlumat yayıb. 2025-ci ilin aprelindən miqrant uşaqlar yalnız rus dili testindən uğurla keçdikdən və ailələrinin Rusiyada qalmasının qanuniliyi təsdiqləndikdən sonra məktəblərə qəbul edilə bilərlər.
Rəsmi məlumata görə, aprel-avqust aylarında təhsil ocaqlarına 23 min 616 xarici vətəndaşlığı olan uşağın sənədi verilib. Onlardan yalnız 8 min 223 nəfəri testə buraxılıb, çünki digər uşaqların ailələri tam sənəd paketini təqdim etməyib.
Testə cəmi 5 min 940 uşaq qatılıb və onların da yarısı – 2 min 964 nəfəri testi uğurla keçib. Bu, Rusiya məktəblərinə sənəd təqdim edən uşaqların 12.5 faizi deməkdir.
Rusiyada 785 mindən çox azyaşlı xarici vətəndaş yaşayır. Bunu Rusiya prezidenti yanında İnsan Hüquqları Şurası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən bildirib. Onların yalnız 192.2 mini (ümumi sayın 24.5 faizi) məktəblərdə təhsil alır. Şuranın rəhbəri Valeri Fadeyev deyib ki, məktəbə getməyən uşaqları olan miqrantların Rusiyadan getməsi vacibdir, çünki küçələrdə "yerini tapmayan" uşaqların toplaşması ciddi cinayət risklərinə səbəb ola bilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyada miqrantlar üçün patent almaq müddəti bitdi. 'Fəhlə nə bilsin, Puşkin kimdir'