Azərbaycan Rusiyanın AZAL açıqlamasını rədd etdi: 'Rusiya təzminat verməli olacaq'
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya deyir ki, təyyarə qəzasında həlak olanların ailələrinə sığorta ödənişi edilməməsi haqda məlumatlar yanlışdır. Azərbaycan rəsmiləri isə deyir ki, malı mala qatmaq lazım deyil, söhbət sığorta ödənişlərinin yox, kompensasiyaların ödənməməsindən gedir.