Ramiz Mehdiyevə ittihamlar niyə indi irəli sürüldü? 'Əvvəl-axır onlara da sıra gələcək'
Sizin brauzer HTML5-i dəstəkləmir
Müsavat Partiyası başqanı Arif Hacılı Ramiz Mehdiyev barəsində cinayət işinin Rusiya ilə əlaqələndirilməsini ağlabatan saymır: "Hakimiyyətdən kənarlaşdırılmış Ramiz Mehdiyev çoxdan Rusiyanın maraq dairəsindən kənarda olan bir şəxsdir.
İlham Əliyev siyasətdə maliyyə faktoruna həmişə xüsusi əhəmiyyət verir və hətta cüzi maliyyə axınlarını nəzarət altında saxlamağa çalışır. Ramiz Mehdiyev ciddi maliyyə imkanları olan, həm də hadisələrin müəyyən inkişafı şəraitində xüsusilə regional elektorata təsir imkanları olan bir şəxs kimi İlham Əliyevi narahat edir".