Azərbaycan vətəndaşı manata daha çox inanır, yoxsa dollara?

Sizin brauzer HTML5-i dəstəkləmir

Əhali get-gedə manatı seçir və bu seçimin əsas səbəblərindən biri sığortalanma sayılır. Azərbaycanda əmanətlərin sığortalanması qanununa görə, milli valyutada yerləşdirilən əmanətlər illik 12 faiz dərəcəsi ilə qorunur və həmin həddə qədər dövlət tərəfindən tam sığortalanır. Xarici valyutada bu faiz həddi 2.5-dir.