Əhalinin qazancı qiymət artımı ilə uzlaşacaq? - Deputat deyir, daha yaxşı yaşamalıyıq

Sizin brauzer HTML5-i dəstəkləmir

Gələn ilə olan rəsmi proqnozlara görə, orta aylıq əməkhaqqı təxminən 1170 manat olacaq - 2025-ci ildəkindən təxminən 8-9 faiz çox. Rəsmi proqnoza görə, orta illik inflyasiya da 4.8 faiz olacaq. İqtisadçı isə deyir, ümumi baxanda qazancın daha çox artacağı təsəvvürü yaranır. Ancaq reallıq fərqlidir, əhalinin gəlirləri qiymət artımı ilə uzlaşmır.