Çinin öz istehsalı olan ilk sərnişin təyyarəsi "C919" bazar günü, mayın 28-də Şanxay - Pekin marşrutu üzrə uçuş həyata keçirib. Uşuşu "China Eastern Airlines" şirkəti reallaşdırıb.
Çinin COMAS şirkəti tərəfindən istehsal edilən təyyarənin ilk nümunəsini "China Eastern Airlines" şirkəti 2022-ci ilin dekabrında alıb və müəyyən sınaqlardan sonra kommersiya istifadəsinə verilib.
Buna da bax: İctimai nəqliyyatda Çin kameraları suallar yaradıbİki mühərrikli təyyarə 164 ekonom və biznes sinif sərnişini götürə bilir. O, orta mənzilli təyyarələrə aiddir və 5500 kilometrə qədər uça bilir.
2022-ci ilin sonuna olan məlumata görə, COMAS artıq 32 müştəri şirkətindən 1035 belə təyyarənin alınması üçün müraciət aldığını bildirib.
İstehsalçı hesab edir ki, C919-un Boeing və Airbus kimi dünya lider şirkətləri ilə uğurla rəqabət apara bilər. Şirkət ildə 150-yə yaxın təyyarə istehsal etmək niyyətindədir.
Buna da bax: Çin ticarət qadağalarını qaldırmağa çağırırYeni sərnişin təyyarəsinin əksər hissələri Çin istehsalı olsa da model həm də Qərb texnologiyasından asılıdır.
Leap-1C mühərrikləri Amerika General Electric Corporation və Fransanın Safran sənaye qrupu arasında birgə müəssisə olan CFM International şirkəti tərəfindən istehsal olunur.