19 yaşlı Berron Trampın 150 milyon dolları var

Melaniya Tramp, Berron Tramp və Donald Tramp

ABŞ prezidenti Donald Trampın kiçik oğlu Berron Trampın 150 milyon dolları var və bunu "World Liberty Financial" kriptovalyuta şirkəti sayəsində qazanıb.

"Forbes" yazır ki, 2024-cü ilin prezident seçkisinə iki aydan da az qalmış Berron atası və iki böyük qardaşı ilə birlikdə bu şirkəti təsis edib. Atasına rəqəmsal pul kisəsinin nə olduğunu da elə Berron öyrədibmiş.

D.Tramp prezident seçiləndən sonra "World Liberty" parlayır və Tramp ailəsinin sərvətini 1.5 milyard dollardan çox artırır. Bunun 10 faizi - 150 milyon dolları Berrona məxsusdur.

Berron 2006-cı ildə, atasının üçüncü nikahından doğulub. "Forbes" onun prezidentin digər uşaqları ilə müqayisədə daha çox kölgədə qaldığını yazır. O, 2017-ci ildə atasından bir neçə ay sonra Kolumbiya Dairəsinə köçüb və məlumatlara görə, Merilend ştatında təhsil haqqı ildə 50 min dollardan çox olan özəl məktəbə daxil olub.

2018-ci ildə anası Melaniya Tramp evlilik müqaviləsini yenidən razılaşdıraraq oğlu üçün daha yaxşı miras şərtləri və ailə biznesində daha çox iştirak təmin edib. "Forbes" Berronun ilk cəhdinin xeyli gəlirli olduğunu yazır.

Dərgi onun digər bəlli aktivinin olmadığını, amma 150 milyon onun hazırkı təhsil haqqından 2 min 200 dəfə çox olduğunu yazır. B.Tramp Nyu-York Universitetinin Stern Biznes Məktəbində təhsil alır. İllik təhsil haqqı 67 min 430 dollardır.