Türkiyədə məhkəmə müxalif Xalq Cümhuriyyət Partiyasının (CHP) 2023-cü il qurultayının nəticələrini ləğv edib-etməməklə bağlı qərarını oktyabrın 24-dək təxirə salıb.
Məhkəmə həmçinin partiya lideri Özgür Özəlin vəzifədən kənarlaşdırılmasına baxmalıydı. Xəbəri "Reuters" yayıb.
Ankarada mitinqə on minlərlə CHP tərəfdarı qatılıb
Sentyabrın 14-də Ankarada müxalif Xalq Cümhuriyyəti Partiyasının (CHP) on minlərlə tərəfdarı mitinqə çıxıb, prezident Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edib, növbədənkənar seçkilər tələb edib. Xəbəri "Reuters" yayıb.
Elə həmin gün dövlət mediası prokurorluğun 48 şübhəlinin korrupsiya işinin istintaqı çərçivəsində həbsinə order çıxardığını yazıb. Onların içində İstanbulun Bayrampaşa rayonunun meri də var.
CHP-ni təmsil edən mer Həsən Mutlu X-də yazıb ki, gizlədəsi heç nəyi yoxdur və baş verənləri "siyasi akt və əsassız böhtan" adlandırıb.
Sentyabrın 15-də məhkəmə CHP-nin 2023-cü il qurultayının nəticələrini iddia olunan prosedur pozuntuları ilə bağlı ləğv edilməsi məsələsinə baxmalıdır. "Reuters" bu qərarın maliyyə bazarlarında çaxnaşma yarada, 2028-ci ilə gözlənən seçkilərin tarixinə təsir göstərə biləcəyini yazır. Amma məhkəmənin qərarı yubana da bilər.
Bazar günü mitinqində çıxış edən CHP lideri Özgür Özəl deyib ki, hökumət demokratik normaları sarsıtmaq, narazıları sıxışdırmaqla hakimiyyətdə qalmaq istəyir. O da ittihamları "böhtan" adlandırıb.
Hökumət ədliyyənin müstəqil olduğunu deyir, siyasi motivləri rədd edir.
Son bir ildə İstanbulda və CHP-nin idarə etdiyi digər bələdiyyələrdə korrupsiya araşdırmaları çərçivəsində 17-si mer olmaqla azı 500 nəfər saxlanılıb. İstanbulun meri, Ərdoğanın əsas siyasi rəqibi sayılan Əkrəm İmamoğlu daxil olmaqla yüzlərlə CHP-çi həbsdədir.
Ankaradakı mitinqdə İmamoğlunun həbsdən göndərdiyi məktub oxunub. O, məktubunda yazıb ki, hökumət legitim rəqiblərini çıxdaş etməklə növbəti seçkinin nəticəsini öncədən müəyyənləşdirmək istəyir. İzdiham "Prezident İmamoğlu" deyə qışqırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
CHP-yə qarşı məhkəmə qərarları: Türkiyə siyasəti hansı istiqamətə gedir?