Keçid linkləri

2025, 22 Avqust, Cümə, Bakı vaxtı 15:29
Üçtərəfli bəyannamənin imzalanması.
Üçtərəfli bəyannamənin imzalanması.

Vaşinqtonda "Tramp marşrutu" razılaşması imzalandı

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini paraflayıblar. Avqustun 8-də Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Tramp Azərbaycan və Ermənistana razılaşmadan qabaq xəbərdarlıq edib

Tramp Ağ evdə Əliyev və Paşinyan ilə üçtərəfli saziş imzaladıqdan sonra səhnəni tərk edir.
Tramp Ağ evdə Əliyev və Paşinyan ilə üçtərəfli saziş imzaladıqdan sonra səhnəni tərk edir.

ABŞ prezidenti Donald Tramp jurnalist Mark Levinə avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmadan danışıb.

"Münaqişə 34-35 il davam edib. Liderlərlə tanış idim. Dedim ki, ümumiyyətlə, siz niyə döyüşürsünüz? Əgər savaşacaqsınızsa, mən sizinlə ticarət müqaviləsi bağlamayacam. Bu, dəlilikdir", - Tramp müsahibəsində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, hətta Oval kabinetdə Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sazişin paraflanmasından əvvəl narahatlıq keçirib, onu imzalamaqdan qaçmağa çalışıblar, lakin sonda bir-birilərini qucaqlayaraq təbrik ediblər. "Bunu izləmək, həqiqətən, gözəl idi", - o əlavə edib.

ABŞ prezidenti müsahibə zamanı "Azərbaycan" adını tələffüz etməkdə çətinlik çəkib və Ermənistanın ingiliscə adının əvəzinə "Albaniya" söyləyib.

Ağ evdəki görüşdən iki həftə keçsə də, işçi qruplar yaradılmayıb

Avqustun 8-də Ağ evdə keçirilən sammitdən sonra ABŞ, Azərbaycan və Ermənistan "yol xəritəsi"ni həyata keçirmək üçün işçi qruplar yaratmalı, "Tramp marşrutu" üzrə danışıqlara başlamalı idi.

Sammitdən iki həftə keçsə də, rəsmilər Ermənistan və Azərbaycan arasında sonrakı görüşlər barədə susurlar.

"Biz sammitdə razılaşdırılmış məsələlərin bütün aspektləri üzrə irəliləməyə davam edirik, lakin qabaqcadan xəbərlənəsi və ya bəyan olunası, hələlik, heç nəyimiz yoxdur", - Dövlət Departamentinin rəsmisi jurnalist Ələkbər Raufoğlunun Ermənistan-Azərbaycan sammitindən sonra baş tutan və ya planlaşdırılan görüşlər barədə sualını cavablandırarkən bildirib.

XS
SM
MD
LG