Taksilərlə bağlı yeni qaydalar: 'Say 25 mindirsə, yerdə qalanlar nə edəcək?'
Nəqliyyat eksperti İlqar Hüseynov deyir ki, əvvəlcə belə kvotanın tətbiqinin hüquqi olub-olmadığını yoxlamaq lazımdır. Bundan başqa, onun fikrincə, yeni qaydalar taksi sürməklə çörəkpulu qazananların sosial durumunun pisləşməsinə səbəb ola bilər: "Biz necə zorla deyə bilərik ki, yox, sən bu fəaliyyətlə məşğul ola bilməzsən?".