Fermerlər dabaq xəstəliyinin yeni dalğasından danışırlar: 'Başlı-başına qalmışıq'
Beyləqandan olan fermer Vilayət İbrahimov deyir ki, heyvanları yenidən dabaq xəstəliyinə tutulub, xəstəlik günü-gündən daha sürətlə yayılır: "Özümüz gedib baytarlıq apteklərindən nəsə tapıb ala biliriksə, alırıq. Dövlətdən biri gəlib müdaxilə etmir, maraqlanmır ki, nəsə lazımdırmı, niyə belədir".